Səudiyyə Ərəbistanı hava limanına hücuma qətiyyətlə cavab veriləcəyini bildirib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Səudiyyə Ərəbistanı hava limanına hücuma qətiyyətlə cavab veriləcəyini bildirib

Vətənim Media xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına hücum terror aktı kimi qiymətləndirilib. Yəməndə qanuni hakimiyyəti dəstəkləyən koalisiyanın rəsmi nümayəndəsi, briqada generalı Türki əl-Maliki hücuma qətiyyətlə cavab veriləcəyini açıqlayıb.

Hadisə nəticəsində 12 nəfərin öldüyü, 309 nəfərin yaralandığı bildirilib. Hücuma görə məsuliyyətin kimə aid olduğu barədə təqdim olunan məlumatda açıqlama yoxdur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗