Vətənim Media xəbər verir ki, Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətində silahlı hücum nəticəsində 11 mülki şəxs həlak olub. Ölənlərin çoxunun qadın olduğu bildirilir.
Hücum Cüqu bölgəsindəki kəndlərdən birində, CODECO adı ilə tanınan “Konqonun İnkişafı Alyansı” qruplaşmasının üzvləri tərəfindən törədilib. Hadisədən sonra çoxsaylı sakinlər evlərini tərk edib, təxminən 100 nəfər isə BMT-nin ölkədəki sabitləşdirmə missiyasının bazası yaxınlığında sığınıb. Sülhməramlılar mülki əhalinin təhlükəsizliyini təmin etmək və yeni hücumların qarşısını almaq üçün ərazidə patrul xidmətini gücləndiriblər.
Əsas mənbə: APA
