Vətənim Media xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışında Azərbaycan millisi 1/16 finalda Avstriya yığmasını 4:0 hesabı ilə məğlub edib və 1/8 finala vəsiqə qazanıb.
Milliyə ilk xalı +70 kq-da Madina Kaisinova qazandırıb. Ardınca +90 kq-da Zelim Kotsoyev, -57 kq-da Xədicə Qədəşova və -73 kq-da Rəşid Məmmədəliyev rəqiblərini üstələyiblər. Azərbaycan yığmasının növbəti rəqibi Yaponiya olacaq. Qarışıq komanda yarışı dünya çempionatının sonuncu günündə keçirilir. Azərbaycan fərdi yarışları yeddi medalla başa vurub: bir qızıl, iki gümüş və dörd bürünc medal.
Əsas mənbə: APA
