Vətənim Media xəbər verir ki, Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində 73 yaşlı Gürcüstan vətəndaşının meyiti idarə etdiyi yük avtomobilində aşkarlanıb. Məlumata əsasən, L. Lanxavanın cəsədi TIR markalı nəqliyyat vasitəsinin içində olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, sürücünün ürək tutması nəticəsində vəfat etdiyi ehtimal olunur. Meyit müayinə aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Əsas mənbə: APA
