David Xarazişvili və Olena Şevçenko Xankəndi ultramarafonunun qalibi oldular

Şrift
🔊 Xəbəri dinlə — Babək
David Xarazişvili və Olena Şevçenko Xankəndi ultramarafonunun qalibi oldular

Vətənim Media xəbər verir ki, III Beynəlxalq Xankəndi Ultramarafonunda 6 ölkədən 97 atlet iştirak edib. Dörd gün davam edən yarışda iştirakçılar dörd mərhələ üzrə ümumilikdə 192 kilometr məsafə qət ediblər. Marşrut Qəbələdən başlayaraq Ağdaş, Bərdə və Ağdamdan keçib, Xankəndidə başa çatıb.

Ümumi nəticələrə əsasən, kişilərin mübarizəsində Gürcüstan təmsilçisi David Xarazişvili birinci, Litvadan Andrey Eqorov ikinci, Azərbaycan idmançısı Elşad Nəsibov üçüncü yeri tutub. Qadınlar arasında ukraynalı Olena Şevçenko qalib olub; rusiyalı Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü olub. Sonuncu, Ağdam–Xankəndi mərhələsi 29,2 kilometr təşkil edib. Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılıb.

Ultramarafon sağlam həyat tərzini və qaçış idmanını təşviq etmək, Azərbaycanın bölgələrini idman vasitəsilə tanıtmaq məqsədi daşıyır. Yarış ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutunda təşkil olunan yarışa altı ölkədən 81 idmançı qatılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗