Vətənim Media xəbər verir ki, oktyabrın 7-dən 11-dək keçirilən Qəbələ–Xankəndi ultramarafonu zamanı marşrut boyunca iştirakçıların təhlükəsizliyi təmin edilib. 192 kilometr məsafəni əhatə edən yarışda təhlükəsizlik tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin üç xidmətinin şəxsi heyəti və texnikası cəlb olunub.
Tədbir müddətində Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları marşrut üzrə fəaliyyət göstəriblər. Nazirliyin məlumatına görə, ultramarafon zamanı hər hansı fövqəladə hadisə qeydə alınmayıb.
Əsas mənbə: APA
