Vətənim Media xəbər verir ki, Türkiyə Super Liqasının VII turunda “Beşiktaş” doğma meydanda “Kocaelispor” üzərində 2:1 hesablı qələbə qazanıb. Orkun Kökçü 18-ci dəqiqədə İstanbul klubunu önə keçirib, Şou doqquz dəqiqə sonra hesabı bərabərləşdirib. Duşan Vlahoviç 31-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək meydan sahiblərinə qələbə qazandırıb.
Turun digər oyununda “Çorum” səfərdə “Qaziantep”i 3:0 hesabı ilə üstələyib. Cengiz Ünder 37-ci, Kiziridis 60-cı, Karlsbakk isə 83-cü dəqiqədə fərqlənib. “Konyaspor” və “Başakşəhər” arasındakı qarşılaşma qolsuz başa çatıb. Əvvəlki oyunlarda “Qalatasaray” “Kasımpaşa”nı 3:1, “Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u 3:0 hesabı ilə məğlub edib.
Əsas mənbə: APA
