Uitkoff və Kuşner Kiyev və Avropanın vahid mövqeyini gözləyir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Uitkoff və Kuşner Kiyev və Avropanın vahid mövqeyini gözləyir

Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Moskvaya nəzərdə tutulan səfərlərini təxirə salıblar. “Axios”un mənbələrə istinadən yaydığı məlumata görə, qərar Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyev və Avropa ölkələrinin mövqelərini aydınlaşdırmaq məqsədi daşıyır.

Mənbələrin bildirdiyinə görə, ABŞ nümayəndələri Ukrayna və Avropa ölkələrinin Rusiya tərəfinə təqdim olunacaq yeni, ortaq təklif barədə razılığa gəlməyə hazır olub-olmadığını müəyyənləşdirmədən Moskvaya getməyəcəklər. Səfərlərin nə vaxt baş tutacağı barədə məlumat verilməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗