Vətənim Media xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Endi Börnhem Rusiyanın 2016-cı ildə ölkənin Avropa İttifaqından çıxması ilə bağlı referendum prosesinə müdaxilə etdiyini söyləyib. O, “The Rest is Politics” podkastında vəzifəyə başladıqdan sonra hökumətdən bu məsələ barədə məlumat istədiyini və ona müdaxilənin baş verdiyinin bildirildiyini deyib.
Baş nazir həmin qiymətləndirməni kimin təqdim etdiyini, hansı sübutlara əsaslandığını və mümkün müdaxilənin referendumun nəticəsinə təsir edib-etmədiyini açıqlamayıb. Açıqlama əvvəlki mühafizəkar hökumətlərin mövqeyindən fərqlənir: onlar Rusiyanın səsvermənin nəticəsinə təsir göstərdiyini sübut edən dəlillərin olmadığını bildirirdilər.
Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi 2020-ci il hesabatında hökuməti və xüsusi xidmət orqanlarını mümkün müdaxiləni lazımi səviyyədə araşdırmadıqlarına görə tənqid etmişdi. Börnhem xarici dövlətlərin Britaniya siyasətinə müdaxilə cəhdləri barədə daha açıq danışılmasının vacibliyini vurğulayıb. O, ötən ay BMT Baş Assambleyasında Rusiyanın 2019-cu il parlament seçkilərinə müdaxilə etməyə çalışdığına dair sübutların olduğunu da bildirmişdi.
Əsas mənbə: APA
