Vətənim Media xəbər verir ki, İran və ABŞ arasında vasitəçilər üzərindən mesaj mübadiləsi davam edir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib ki, Vaşinqtonun təklifləri hazırda nəzərdən keçirilir.
Bəqayinin sözlərinə görə, təkliflərin araşdırılması başa çatdıqdan sonra İranın mövqeyi vasitəçilərə çatdırılacaq. O, Hörmüz boğazının açılması ilə bağlı İranın daha əvvəl açıqladığı yeddi şərtin qüvvədə qaldığını da vurğulayıb.
Əsas mənbə: APA
