Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində”nin premyerası olub

Şrift
🔊 Xəbəri dinlə — Babək
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində”nin premyerası olub

Vətənim Media xəbər verir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo intizarında” pyesi əsasında hazırlanmış “Qodo həsrətində” tamaşası ilk dəfə nümayiş etdirilib. Premyera ötən gün baş tutub və səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Şövqi Hüseynovdur. Səhnə tərtibatını Zaur Abasov, səs rejissorluğunu Zaur Rəşidov, işıq tərtibatını Vadim Kuskov həyata keçirib; rejissor assistenti Nəsibə Canəliyevadır. Səhnə əsərində Şövqi Hüseynov və Elnur Bəhramxan, eləcə də aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı və Lalə Qarayeva çıxış ediblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗