Hall və Vudford 2026-cı il iqtisadiyyat üzrə Nobel mükafatını alıblar

Şrift
🔊 Xəbəri dinlə — Babək
Hall və Vudford 2026-cı il iqtisadiyyat üzrə Nobel mükafatını alıblar

Vətənim Media xəbər verir ki, Robert E. Hall və Maykl Vudford 2026-cı il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə Sveriges Riksbank mükafatına layiq görülüblər. İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsinin açıqlamasına əsasən, iqtisadçılar bu mükafatı makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarını araşdırdıqlarına görə alıblar.

Amerikalı Robert Hall Stenford Universitetinin iqtisadiyyat professorudur. Onun tədqiqatları makroiqtisadiyyat, əmək bazarı, istehlak davranışı və iqtisadi tsiklləri əhatə edir. Maykl Vudford isə Kolumbiya Universitetində iqtisadiyyat professorudur; pul siyasəti, inflyasiyanın tənzimlənməsi və faiz dərəcələrinin iqtisadiyyata təsiri üzrə araşdırmaları, eləcə də Yeni Keynsçi makroiqtisadi modellərin inkişafına töhfəsi ilə tanınır.

Xatırladaq ki, 2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı Joel Mokir, Filippe Aghion və Peter Houittə verilmişdi.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗