Naxçıvanda 30-cu həftədə doğulan üçəmlərin vəziyyəti stabilləşib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Naxçıvanda 30-cu həftədə doğulan üçəmlərin vəziyyəti stabilləşib

Vətənim Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində hamiləliyin 30-cu həftəsində üçəm dünyaya gəlib. İki oğlan və bir qızdan ibarət körpələrin doğum çəkiləri müvafiq olaraq 1100, 900 və 800 qram olub.

Vaxtından əvvəl doğulduqları üçün körpələrdə ağciyər və həzm sisteminin yetkin olmaması, eləcə də həddindən artıq az doğum çəkisi qeydə alınıb. Onlar yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində müayinə və müalicə olunub, xüsusi qulluq alıblar. Aparılan tədbirlərdən sonra hər üçünün vəziyyəti stabilləşib və hazırda kafi qiymətləndirilir. Körpələr bu gün tibbi nəzarətin davam etdirilməsi üçün Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗