Vətənim Media xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko Moskvanın Yəməndəki “Ənsar Allah” hərəkatı ilə əlaqələri saxladığını bildirib. O, hərəkatın xüsusi nümayəndəsinin Omanda olduğunu da qeyd edib.
Borisenkonun sözlərinə görə, Rusiya Ərəbistan yarımadasının cənubundakı münaqişənin tərəflərini zorakılıqdan çəkinməyə çağırır və mülki infrastruktura hücumları qəbuledilməz sayır. Moskva İran ətrafındakı münaqişənin tezliklə həll olunacağına ümid edir. Rusiya rəsmisi ölkəsindən dizel tədarükünün qlobal bazarın sabitləşməsinə və münaqişənin həllinə kömək edəcəyini gözlədiklərini bildirib. O, həmçinin Rusiya vətəndaşlarının Səudiyyə Ərəbistanına səfərinə məhdudiyyət qoyulmadığını deyib.
Əsas mənbə: APA
