Vətənim Media xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinin Xolodnoqorsk rayonuna endirdiyi zərbələr nəticəsində çoxmərtəbəli yaşayış binasının bir girişi çöküb. Xarkov meri İqor Terexov şəhərdə bir neçə partlayış baş verdiyini, zərbələrdən birinin binaya düşdüyünü bildirib. Dağıntıların olduğu ərazidə yanğın başlayıb və uçqun altında insanların qala biləcəyi ehtimal olunur.
Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun son açıqlamasına görə, hücumda azı 6 nəfər yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olan, ciddi yanıq xəsarətləri alan 19 yaşlı gənc də var. Zərbələrdən biri fərdi yaşayış evinə də ziyan vurub. Terexov hücum zamanı “Banderol” tipli raketlərdən istifadə edildiyini deyib; əlavə məlumatda şəhərin Şevçenkovski rayonunun da vurulduğu bildirilir.
Əsas mənbə: APA
