Nigeriyada əhalinin 48,7 faizi çoxölçülü yoxsulluq içində yaşayır

Şrift
🔊 Xəbəri dinlə — Babək
Nigeriyada əhalinin 48,7 faizi çoxölçülü yoxsulluq içində yaşayır

Vətənim Media xəbər verir ki, Nigeriyada 113 milyon insan — ölkə əhalisinin 48,7 faizi — səhiyyə, təhsil və həyat səviyyəsi üzrə məhrumiyyətlərlə üzləşir. BMT-nin İnkişaf Proqramı və Oksford Universitetinin Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsünün 2026-cı il üzrə hesabatında bu qrupun göstəricilər üzrə orta hesabla 55 faiz məhrumiyyət yaşadığı bildirilir. Əhalinin 28,7 faizi isə ağır çoxölçülü yoxsulluq şəraitindədir.

Hesabatdakı müqayisəli məlumatlara əsasən, yoxsulluq səviyyəsi 2013-cü ildəki 42,3 faizdən 2021-ci ildə 33 faizə enib, 2024-cü ildə isə 38,7 faizə yüksəlib. Artım nəticəsində təxminən 18 milyon insan yoxsulluq vəziyyətinə düşüb. Bu dəyişimin dörddə üçünün yoxsulluğun dərinləşməsi, qalan hissəsinin isə əhalinin artması ilə əlaqəli olduğu qeyd edilir. BMT yoxsulluğun xüsusilə Nigeriyanın şimalında cəmləşdiyini, 2018–2021-ci illərdəki irəliləyişin sonrakı dövrdə gerilədiyini vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗