Vətənim Media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp noyabrda Asiyaya səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini deyib. Ağ Evdə jurnalistlərin sualını cavablandıran Tramp bunun mümkün olduğunu bildirib və Kimlə münasibətlərinin yaxşı olduğunu qeyd edib.
Tramp noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində iştirak etmək niyyətində olduğunu təsdiqləyib. O, görüş ehtimalını həmin səfər çərçivəsində dəyərləndirib. Mətbuatda yayılan məlumata əsasən, ABŞ prezidenti noyabrın 16-18-də Filippində təşkil olunacaq Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitinə də qatılmağı planlaşdırır. Kim Çen Inla mümkün görüşün baş tutacağı isə açıqlanmayıb.
Əsas mənbə: APA
