Vətənim Media xəbər verir ki, dünya bazarlarında neftin qiyməti əvvəlki gün qeydə alınan artımdan sonra ucuzlaşıb. Londonun ICE birjasında 2026-cı ilin dekabrında ixrac ediləcək “Brent” markalı neftin bir bareli 0,9 faiz dəyər itirərək 105,69 ABŞ dollarına enib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2026-cı ilin noyabr ayı üçün WTI markalı neftin bir bareli 1,08 faiz ucuzlaşaraq 92,73 ABŞ dolları olub.
Əsas mənbə: APA
