Vətənim Media xəbər verir ki, Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafı sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişi mübadilə edib. Sənədin mübadiləsi Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə baş tutub. Sazişi Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev təqdim ediblər.
Tərəflər, həmçinin, iki quru yük gəmisinin əldə olunmasının təsdiqinə dair sertifikatı mübadilə ediblər. Sənədi AZCON holdinqin Müşahidə Şurasının sədri Rəşad Nəbiyev və “Samruk-Kazına” şirkətinin İdarə Heyətinin sədri Nurlan Jakupov imzalayıblar.
Əsas mənbə: APA
