Vətənim Media xəbər verir ki, Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. Qərar təşkilatın VII Zirvə Görüşündə müzakirə olunaraq qəbul edilib.
AQEM-in VII Zirvə toplantısı Bakıda keçirilib. Toplantıda Prezident İlham Əliyev çıxış edib, yekunlara dair Bakı Bəyannaməsi qəbul olunub. Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək prioritetlərlə bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Əsas mənbə: APA
