Vətənim Media xəbər verir ki, Qaradağ rayonundakı məktəblərdən birində 9-cu sinif şagirdinin kosmetikadan istifadə etdiyi üçün dərsə buraxılmaması münaqişəyə səbəb olub. Şagirdin atası Çingiz Balabəyov məktəbə gələrək direktorla mübahisə edib və təhsil müəssisəsinin iş rejimini pozub.
Məlumata görə, Balabəyov müəllimlərə qarşı nalayiq ifadələr işlədib. O, polis tərəfindən saxlanılıb və həbs edilib. Hadisənin baş verdiyi məktəbin adı və insidentin tarixi barədə məlumat verilməyib.
Əsas mənbə: APA
