Binəqədi şosesində təmir: 8 avtobus marşrutunun hərəkəti dəyişir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Binəqədi şosesində təmir: 8 avtobus marşrutunun hərəkəti dəyişir

Vətənim Media xəbər verir ki, Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətinə 16 oktyabr saat 23:00-dan məhdudiyyət qoyulacaq.

Məhdudiyyət müddətində 100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək. 100, 108B, 123, 133, 165 və 179 nömrəli avtobuslar “Azadlıq prospekti” metrostansiyası istiqamətində və geriyə Binəqazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, eləcə də Binəqədi şosesi ilə hərəkət edəcək.

108A və 147 nömrəli marşrutlar stansiya istiqamətində 28 May, Məmməd Araz və 1-ci Göl kənarı küçələrindən, Ziya Bünyadov və Azadlıq prospektlərindən, Çingiz Aytmatov küçəsindən keçəcək. Əks istiqamətdə avtobuslar Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri ilə hərəkət edəcək; daha sonra mövcud sxemlərə qayıdacaqlar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗