“Atəşgah” Sığortanın müştəriləri Liv Bona Dea Hospitalda tibbi xidmət ala biləcək

Şrift
🔊 Xəbəri dinlə — Babək
“Atəşgah” Sığortanın müştəriləri Liv Bona Dea Hospitalda tibbi xidmət ala biləcək

Vətənim Media xəbər verir ki, “Atəşgah” Sığorta Şirkəti ASC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə şirkətin İdarə Heyətinin sədri Elçin Əhmədov və xəstəxananın baş direktoru Taner Özbek imza atıblar. Mərasimdə hər iki tərəfin məsul şəxsləri iştirak ediblər.

Müqaviləyə əsasən, “Atəşgah” Sığortanın müştəriləri Liv Bona Dea Hospitalda müvafiq tibbi xidmətlərdən yararlana biləcəklər. Tərəfdaşlığın məqsədi sığortalıların tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək, xidmət keyfiyyətini və müştəri məmnuniyyətini artırmaq, eləcə də sığorta və səhiyyə sektorları arasında əməkdaşlığı gücləndirməkdir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗