Vətənim Media xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq Bakı-Sumqayıt şosesində “20 Yanvar” istiqamətində, Tbilisi prospektində mərkəzə doğru, həmçinin Heydər Əliyev, 8 Noyabr və Qara Qarayev prospektlərində qeydə alınıb. Alı Mustafayev, Koroğlu Rəhimov, 28 May, Mikayıl Müşfiq, Mikayıl Əliyev, Rəşid Behbudov, Üzeyir Hacıbəyli və Xətai küçə və prospektlərində, eləcə də 1-ci Göl kənarı yolu və Sabunçu-Zabrat şosesində də sıxlıq var.
Əsas mənbə: APA
