Vətənim Media xəbər verir ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı Bakı-Qəbələ-Bakı marşrutunda noyabrın 7-dən 10-dək əlavə reyslər olacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, dörd qeyri-iş günü ərzində həm Bakıdan Qəbələyə, həm də Qəbələdən Bakıya qatarlar hərəkət edəcək. Biletləri qurumun rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından almaq mümkündür.
Əsas mənbə: APA
