Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada “Starlink” peyk rabitəsinin fəaliyyətinin dayandırılması barədə göstərişi kimin verdiyini bilmədiyini deyib. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp məsələni öyrənmək istədiyini bildirib.
Bundan əvvəl ABŞ maliyyə naziri Skott Bessent Ukrayna Prezidenti Volodimir Zelenskini Vaşinqtonun “Starlink”ə çıxışı məhdudlaşdırması və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırması ilə bağlı ittihamlarında ehtiyatlı olmağa çağırıb. Dövlət katibi Marko Rubio isə Ağ Evin Ukraynanın sistemə çıxışını məhdudlaşdırmaq barədə göstəriş vermədiyini açıqlayıb. Tramp da ABŞ administrasiyasının Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmadığını bildirib.
Əsas mənbə: APA
