Vətənim Media xəbər verir ki, Kəngərli rayon şöbəsinin sabiq rəisi Məftun Xəlilov 8 il, mayor Habil Niftəliyev isə 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində oxunub. Hər iki şəxs məhkəmə zalında həbs edilib.
APA-nın məlumatına görə, Xəlilov və Niftəliyev vəzifədə olduqları dövrdə təkrar rüşvət almaqda ittiham olunublar. Hərbi Prokurorluq onlara qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar rüşvət alma maddələri ilə ittiham irəli sürüb.
Əsas mənbə: APA
