“Şahdəniz Kompressiya” layihəsində dəniz tikintisinə başlanılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Şahdəniz Kompressiya” layihəsində dəniz tikintisinə başlanılıb

Vətənim Media xəbər verir ki, BP “Şahdəniz Kompressiya” layihəsi çərçivəsində dənizdə tikinti işlərinə başlayıb. Platformanın dayaq blokunun əsasını təşkil edəcək dörd boru payanın quraşdırılması başa çatıb.

BP-nin məlumatına görə, payalar “Xankəndi” sualtı tikinti gəmisi ilə dənizə daşınıb. Hər biri təxminən 70 metr uzunluğunda, 108 düym diametrində və 292 ton çəkisindədir. Şirkət bildirib ki, bunlar BP-nin Xəzərdə quraşdırdığı ən böyük diametrli boru payalardır. Əməliyyatlarda regiondakı fəaliyyətlərində ilk dəfə paya tıxacı texnologiyasından istifadə olunub.

BP-nin açıqlamasında qeyd edilir ki, bu mərhələ platformanın dayaq blokunun quraşdırılmasına hazırlıq yaradır. Həmin işlərin 2028-ci ilin birinci yarısında aparılması planlaşdırılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗