Vətənim Media xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, “Tasnim” xəbər agentliyi Ukraynanın İran ətrafındakı bir sıra ölkələrdə pilotsuz uçuş aparatları bölmələri və mikro dronlar yerləşdirdiyini yazıb. Agentlik bu məlumatı adı açıqlanmayan mənbəyə istinadən yayıb.
Həmin mənbə İraqın Kürdüstan bölgəsində Ukrayna qüvvələrinin minlərlə mikro dron yerləşdirdiyini iddia edib. Digər ölkələrdəki yerləşdirmələrin isə məxfi saxlanıldığını və münasib vaxtda açıqlanacağını bildirib. Mənbənin sözlərinə görə, Tehran bu addımları Avropa və NATO-nun İrana qarşı düşmənçilik fəaliyyətinin tərkib hissəsi sayır və cavab variantlarını nəzərdən keçirir.
Əsas mənbə: APA
