Rubio: Hörmüz boğazında gəmi və neft daşımaları 80-100 faiz bərpa olunub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Rubio: Hörmüz boğazında gəmi və neft daşımaları 80-100 faiz bərpa olunub

Vətənim Media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Hindistanın “News18” telekanalına müsahibəsində Hörmüz boğazında gəmi hərəkətinin və neft daşımalarının müharibədən əvvəlki səviyyənin 80-100 faizinə çatdığını deyib.

Rubio bildirib ki, ABŞ qüvvələri dəniz nəqliyyatını qorumaq, raket və pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərin qarşısını almaq üçün fəaliyyət göstərir. O, İranı ticarət gəmilərinə hücum etməkdə və dənizçilərin həyatını təhlükəyə atmaqda ittiham edib.

Dövlət katibi Tehranla razılaşma əldə etməyin çətin olduğunu söyləyib. O, İran rəhbərliyini ölkənin resurslarını əhalinin rifahı əvəzinə hərbi məqsədlərə yönəltməkdə günahlandırıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗