Bakı kitab sərgisində 32 ölkədən 59 nəşriyyat və təşkilat iştirak edəcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakı kitab sərgisində 32 ölkədən 59 nəşriyyat və təşkilat iştirak edəcək

Vətənim Media xəbər verir ki, XII Bakı Beynəlxalq Kitab Sərgisində yeddi gün ərzində 300-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur. Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun jurnalistlərə bildirdiyinə görə, proqramda yerli və xarici yazarlarla görüşlər, ədəbiyyatın təbliği və təqdimatına həsr olunan tədbirlər, eləcə də konfranslar olacaq.

Cəfərov bildirib ki, nəşriyyatlar arasında işgüzar görüşlər üçün sərgidə xüsusi guşə ayrılıb. Yerli iştirakçılar 148 nəşriyyat və təşkilatla təmsil olunacaq. Sərgiyə 32 ölkədən 59 nəşriyyat və təşkilat da qatılacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗