Vətənim Media xəbər verir ki, Səudiyyə Ərəbistanının şərqindəki Dammam şəhərinin hava limanına oktyabrın 21-də axşam hücum edilib. “Al Arabiya” telekanalı bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.
Hücum nəticəsində bir nəfər ölüb, səkkiz nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hava limanına dəyən ziyanın miqyası qiymətləndirilir. Hücumun kim tərəfindən və hansı vasitələrlə həyata keçirildiyi barədə məlumat verilməyib.
Əsas mənbə: APA
