Nayrobidə tikintisi davam edən 12 mərtəbəli bina çöküb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Nayrobidə tikintisi davam edən 12 mərtəbəli bina çöküb

Vətənim Media xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidə tikilməkdə olan 12 mərtəbəli bina dağılıb. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Xarici medianın məlumatına görə, əraziyə fövqəladə hallar xidmətinin əməkdaşları və xilasedicilər cəlb edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir. Ölən və xəsarət alanlarla bağlı rəsmi məlumat yoxdur. Binanın çökmə səbəbləri araşdırılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗