Vətənim Media xəbər verir ki, “Bavariya”nın baş məşqçisi Vensan Kompani klubun məşq bazasında huşunu itirdikdən sonra tibbi helikopterlə xəstəxanaya çatdırılıb. “Bild” nəşrinin məlumatına görə, 40 yaşlı belçikalı mütəxəssis son vaxtlar virus infeksiyasından əziyyət çəksə də, fəaliyyətini davam etdirib.
Klubun mətbuat xidməti Kompaninin hərtərəfli tibbi müayinədən keçiriləcəyini və həkim nəzarətində saxlanılacağını açıqlayıb. Onun olmadığı müddətdə komandanın məşq və oyunlarına məşqçilər korpusunun digər üzvləri rəhbərlik edəcək. Klubun idman direktoru Maks Eberl Kompaninin sağlamlığının prioritet olduğunu və ona zəruri tibbi yardım göstəriləcəyini bildirib.
Əsas mənbə: APA
