Vətənim Media xəbər verir ki, APA-nın “Akşam” qəzetinə istinadən yaydığı məlumata görə, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankara Səudiyyə Ərəbistanına dəstək versə də, Yəməndəki husilərlə birbaşa hərbi qarşıdurmaya girməyi planlaşdırmadığını bildirib.
Gülərin sözlərinə görə, Səudiyyə Ərəbistanına göstərilən dəstəyin məqsədi çəkindirmədir. Nazir Türkiyənin bu ölkəyə Qətərdə olduğu kimi dəstək verməyi nəzərdə tutduğunu, əsas prioritetin isə regionda yeni gərginliyin qarşısını almaq, təhlükəsizlik və sabitliyə töhfə vermək olduğunu qeyd edib.
Əsas mənbə: APA
