Vətənim Media xəbər verir ki, oktyabrın 23-ü axşamı Zaqatala rayonunda bir saatdan artıq güclü leysan yağıb. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yağıntı dağ çaylarında suyun səviyyəsinin artmasına səbəb olub.
Yuxarı Tala kəndində təxminən 15 dəqiqə ərzində fındıq böyüklüyündə dolu düşüb. İlkin məlumata görə, dolu şəxsi təsərrüfatlardakı ağaclarda qalan alma, armud və digər meyvələrə ziyan vurub. Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti oktyabrın 22-dən davam edir.
Əsas mənbə: APA
