Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, İtaliyanın bir sıra şəhərlərində hökumət siyasətinə, yanacağın bahalaşmasına, inflyasiyaya və hərbi xərclərin artırılmasına qarşı aksiyalar keçirilib. Roma nümayişçiləri ölkənin münaqişələrdə iştirakına, yenidən silahlanmaya, NATO-ya və İsrailin fəaliyyətinə etiraz ediblər. Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
“Il Sole 24 Ore” qəzetinin məlumatına görə, təhlükəli əşyalar gəzdirdiyi bildirilən 43 nəfər saxlanılıb. Milanda aksiyaya təxminən 10 min nəfər qatılıb, ciddi insident qeydə alınmayıb. Turində isə etirazçılar polisə butulka atıblar. Ötən həftəsonu baş verən iğtişaşlardan sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Milana əlavə 500 hərbçi göndərilib; həmçinin zorakılığa çağırışların yayıldığı “17 Oktyabr Hərəkatı” ilə əlaqəli bir nəfər saxlanılıb, 200 nümayişçinin şəxsiyyəti müəyyən edilib. Hökumət etirazlar zamanı zorakılıq və xuliqanlığa görə cəzaları sərtləşdirib.
Əsas mənbə: APA
