Vətənim Media xəbər verir ki, Azərbaycana gətirilən mobil cihazlarda 86 813 IMEI kodunun kopyalandığı aşkarlanıb. AzInTelecom-un Mobil Cihazların Qeydiyyatı Sistemi həmin kodların hamısını bloklayıb.
APA-nın məlumatına görə, bloklanmış kodlarla Azərbaycan mobil rabitə şəbəkəsinə qoşulma cəhdlərinin də qarşısı alınıb. Qaydalara əsasən, xaricdən gətirilən cihazların IMEI kodları ölkə telekommunikasiya şəbəkəsində istifadə üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.
AzInTelecom telefon almamışdan əvvəl cihazın qutusundakı IMEI kodunu mygov portalında yoxlamağı və etibarlı satış məntəqələrinə müraciət etməyi tövsiyə edib.
Əsas mənbə: APA
