Vətənim Media xəbər verir ki, APA-nın təhlilində Starlink və Starshield sistemlərinə qoyulan məhdudiyyətlərlə Ukrayna qüvvələrinin Rusiyanın reaktiv mühərrikli pilotsuz uçuş aparatlarını ələ keçirmə göstəricisinin azalması əlaqələndirilib.
ISW-nin məlumatına görə, 14–24 oktyabr tarixlərində məhdudiyyətlərin müşahidə olunduğu dövrdə göstərici 77 faizdən təxminən 74 faizə enib. İnstitutun analitikləri bildiriblər ki, Ukraynanın reaktiv dronlara qarşı istifadə etdiyi dron-interseptorların yüksək sürətli hədəfləri izləyib ələ keçirməsi üçün etibarlı, yüksək sürətli peyk rabitəsi tələb olunur.
Əsas mənbə: APA
