Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa böyük ehtiyac olduğunu bildirib. O, bu fikirləri “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” adlı xüsusi sessiyada səsləndirib.
Hacıyev qeyd edib ki, dialoq yalnız sivilizasiyalar arasında deyil, onların daxilində də aparılmalıdır. Onun sözlərinə görə, müxtəlif ölkə və bölgələrin nümayəndələrini bir araya gətirən Şuranın beynəlxalq müzakirə platforması kimi fəaliyyəti, eləcə də Azərbaycanda yerləşməsi əhəmiyyətlidir. O, Azərbaycanın Avropa və Asiyanın qovşağında olduğunu, həm Avropa və Qərb institutları, həm də İslam Əməkdaşlıq Təşkilatı ilə dialoq üçün platforma yaratdığını bildirib.
Əsas mənbə: APA
