Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının baş katibi Şeyxa Əl Nuveysi qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Ölkədə, o cümlədən regionlarda müasir turizm infrastrukturunun yaradılması və turizmin inkişafına dövlət qayğısı müzakirə edilib. Tərəflər gələcək əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.
Əsas mənbə: APA
