Vətənim Media xəbər verir ki, NASA-nın Perseverance aparatı Marsda skafandr materiallarından götürülmüş toz nümunələrində ölçüsü 2,5 mikrometrdən kiçik və təxminən 100 nanometr olan hissəciklər aşkarlayıb. Bu ölçüdə hissəciklər ağciyərlərə nüfuz edərək qan dövranına daxil ola bilər. Nəticələr NASA-nın gələcək Mars missiyalarında skafandr və yaşayış məntəqələrinin layihələndirilməsinə, tozun təmizlənməsi üsullarına və astronavtların sağlamlığının qorunmasına kömək edə bilər.
NASA-nın bildirdiyinə görə, Perseverance 1 645-dən çox Mars günü ərzində skafandr materiallarının nümunələrini müşahidə edib. Tədqiqat Mars səthində incə və ultra incə toz hissəciklərinin yerində aparılmış ilk ölçmələridir. Nəticələrə əsasən, bəzi materiallar digərlərindən daha az toz toplayır; bu isə gələcək skafandr və yaşayış məntəntlərinin material, örtük və tozdan qorunma həllərini seçməyə kömək edə bilər.
NASA-nın məlumatına görə, Mars tozu əsasən silikat minerallarından ibarətdir və tərkibində qalxanabənzər vəzin fəaliyyətinə təsir edə bilən perxloratlar, eləcə də hüceyrələrə zərər verə bilən reaktiv dəmir var. Alimlər sağlamlıq riskinin tozun miqdarından və ona məruzqalma müddətindən asılı olduğunu düşünürlər. Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunacaq.
Əsas mənbə: NASA
