ABŞ və Kanada noyabrın 3-dək ticarət sazişi imzalaya bilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ABŞ və Kanada noyabrın 3-dək ticarət sazişi imzalaya bilər

Vətənim Media xəbər verir ki, Reuters mənbələrə istinadən ABŞ və Kanadanın noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərədək ticarət sazişi imzalaya biləcəyini bildirib. Razılaşma Kanada poladına və avtomobillərinə tətbiq olunan ABŞ gömrük rüsumlarının azaldılmasını nəzərdə tuta bilər.

Məlumata görə, Vaşinqton saziş çərçivəsində Ottavadan əlavə güzəştlər gözləyir. ABŞ prezidenti Donald Tramp oktyabrın 25-də tərəflərin bir neçə ay ərzində razılığa gələ biləcəyini deyib. Avqustda ABŞ bəzi Kanada mallarına 50 faizlik rüsum tətbiq edib, Kanada isə ABŞ məhsullarına əlavə rüsumlarla cavab verib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗