CNN: ABŞ İrana qarşı əməliyyata 96 saat ərzində başlaya bilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
CNN: ABŞ İrana qarşı əməliyyata 96 saat ərzində başlaya bilər

Vətənim Media xəbər verir ki, CNN-in iki amerikalı rəsminin məlumatına əsaslanan xəbərində ABŞ Prezidenti Donald Trampın əmr verəcəyi təqdirdə Amerika qüvvələrinin 96 saat ərzində İrana qarşı yeni və genişmiqyaslı əməliyyata başlaya biləcəyi bildirilir. Məlumata görə, ABŞ Yaxın Şərqdə mümkün hücum üçün kifayət qədər qüvvə yerləşdirib.

CNN-in yazdığına görə, planlaşdırılan əməliyyat əvvəlki məhdud zərbələrdən daha geniş ola və İranın radar sistemləri, raket buraxılış qurğuları ilə yanaşı enerji infrastrukturu, hərbi obyektlər və nüvə müəssisələrini də əhatə edə bilər. Bəzi hazırkı və keçmiş ABŞ rəsmiləri qərarın ilin sonunadək verilə biləcəyini düşünür; əməliyyatın noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonraya qalması ehtimalı da qeyd olunur. ABŞ-ın hücuma başlamaq barədə yekun qərarı açıqlanmayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗