“Starlink”dəki ləngimələr Aİ-də ABŞ texnologiyalarından asılılığı yenidən gündəmə gətirib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Starlink”dəki ləngimələr Aİ-də ABŞ texnologiyalarından asılılığı yenidən gündəmə gətirib

Vətənim Media xəbər verir ki, “Bloomberg”in mənbələrə istinadən yaydığı təhlildə Ukraynada “Starlink” peyk rabitəsi sistemində yaranan ləngimələrin Avropa İttifaqının müdafiə və texnoloji imkanlarını gücləndirmək müzakirələrini yenidən aktuallaşdırdığı bildirilir.

Agentliyin məlumatına görə, oktyabrın 15-16-da keçirilən Aİ sammitində sistemdəki ləngimələr əsas müzakirə mövzularından biri olub. Vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında yeni açıq fikir ayrılığına səbəb olub. Avropa rəsmiləri ABŞ texnologiyalarından asılılığın azaldılmasını, alternativ təchizatçıların müəyyənləşdirilməsini və Avropanın müstəqil imkanlarının inkişafını müzakirə ediblər.

“Bloomberg”in mənbələrindən biri əsaslı dəyişikliklərin illər tələb edəcəyini bildirib. Agentliyin məlumatına görə, hazırda ən real variant Avropa ölkələrinin NATO kimi təhlükəsizlik strukturlarındakı rolunu gücləndirməsidir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗