Polşada ABŞ-nin daimi hərbi bazasının tikintisi müzakirə olunacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Polşada ABŞ-nin daimi hərbi bazasının tikintisi müzakirə olunacaq

Vətənim Media xəbər verir ki, Polşa Prezidenti Karol Navrotski Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Barтоş Qrodecki “X” sosial şəbəkəsində bildirib ki, iclas noyabrın 3-də saat 15:00-da keçiriləcək.

Qapalı formatda keçiriləcək toplantıda milli təhlükəsizlik məsələləri və Polşa ərazisində ABŞ hərbi qüvvələri üçün daimi bazanın tikintisi müzakirə olunacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗