Vətənim Media xəbər verir ki, “The Wall Street Journal”ın mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Fars körfəzi ölkələrini noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatların başlaya biləcəyi barədə xəbərdar edib. Qəzetin yazdığına əsasən, Vaşinqton regiondakı tərəfdaşlarına qısamüddətli, lakin intensiv kampaniya ehtimalından danışıb.
Məlumata görə, Pentaqon təhlükə altında qala biləcək bəzi Yaxın Şərq bazalarından amerikalı hərbçiləri təxliyə edib. Regiondakı ABŞ qüvvələrinin sursat ehtiyatları artırılır, bombardmançı və qırıcı təyyarələr mümkün əməliyyatlara hazırlanır.
Qəzet bildirir ki, ABŞ Prezidenti Donald Tramp hələ yekun qərar verməyib, lakin mənbələr onun seçkilərdən sonra genişmiqyaslı hücum variantına meyilləndiyini deyirlər. Mümkün hədəflər sırasında İranın infrastrukturu və nüvə obyektləri də göstərilir.
Əsas mənbə: APA
