Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə XII Azərbaycan Mikromaliyyə Konfransında maliyyə qanunvericiliyinin beynəlxalq standartlara uyğunluğunu 90–95% səviyyəsində qiymətləndirib. O, ölkənin beynəlxalq qiymətləndirmədə 91% nəticə göstərdiyini bildirib.
Fətizadənin sözlərinə görə, əsas vəzifələrdən biri mövcud mexanizmlərin tətbiqini daha səmərəli etməkdir. O, maliyyə xidmətlərinin əlçatanlığını artırmaqla maliyyə təhlükəsizliyi tələbləri arasında balansın qorunmasını, risklərin düzgün müəyyənləşdirilməsini və maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsini vacib sayıb.
Əsas mənbə: APA
