Vətənim Media xəbər verir ki, Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 66.5-ci və 81.2-ci maddələrini əlaqəli şəkildə şərh edib. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında baxılıb.
Qərara görə, qəti cəza təyin edilərkən amnistiya nəticəsində şəxsin çəkilməkdən azad olunduğu cəza hissəsi cəzaların toplanması və əhatə edilməsi prosesinə daxil edilməməlidir. Qərar dərc olunduğu gündən qüvvəyə minir və qətidir.
Əsas mənbə: APA
