Kiyevə ballistik raket hücumunda bir nəfər ölüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kiyevə ballistik raket hücumunda bir nəfər ölüb

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Rusiya Silahlı Qüvvələri oktyabrın 30-da axşam Kiyevə ballistik raketlə hücum edib. Kiyev şəhər hərbi administrasiyası hücum nəticəsində bir nəfərin öldüyünü bildirib.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, raket qalıqları Dnepr rayonundakı yaşayış kompleksinin həyətinə düşüb və yanğın başlayıb. Partlayış dalğası başqa bir yaşayış binasının pəncərələrini sındırıb, raket qalıqları isə digər yaşayış kompleksinin yaxınlığında mağaza binasını dağıdıb. Kliçko yanğının lokallaşdırıldığını bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗